Pakistanın Lahor şəhərində (ölkənin ikinci böyük şəhəri) Uolton hava limanı yaxınlığında bir sıra partlayışlar baş verib...
"Report" xəbər verir ki, bu barədə “Samaa TV” kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Hindistanın kəşfiyyat üçün istifadə olunan pilotsuz uçuş aparatı vurulub.
Dron hava limanı ərazisində vurulub.
Poliqon.info