EN

Yaşıl banan xərçəngin qarşısını ala bilər- ARAŞDIRMA

İngiltərədə aparılan araşdırma nəticəsində məlum olub ki, tam yetişməmiş yaşıl banan yemək mədə, öd kisəsi və mədəaltı vəzi xərçəngi ilə mübarizədə olduqca təsirlidir.

Bakıvaxtı.az xəbər verir ki, Newcastle və Leeds universitetlərindən alimlərin birlikdə apardığı və Cancer Prevention Research jurnalında dərc olunan tədqiqatda qeyd olunub ki, yaşıl bananda olan müqavimətli nişasta bəzi xərçəng növlərinin yaranma riskini 60%-dən çox azalda bilir.

Xüsusilə yoğun bağırsaq və düz bağırsaq xərçəngi riskini artıran Lynch sindromlu təxminən 1000 pasiyent üzərində keçirilən araşdırmada iştirakçılar 2 il ərzində hər gün bir ədəd tam yetişməmiş yaşıl banan yeməyə bərabər miqdarda nişasta qəbul ediblər. Nəticədə bu nişastanın bağırsaqdakı xərçənglərə təsir etmədiyi, lakin digər orqanlardakı xərçəng riskini yarıdan çox azaltdığı məlum olub.

Newcastle Universitetinin insan qidalanması üzrə professoru Con Maters bildirib ki, bu nişastanın orqanizmdə təsiri 10 ilədək davam edə bilər. O əlavə edib ki, müqavimətli nişasta bağırsaqdakı DNT-yə zərər verə biləcək safra turşularının miqdarını azaldaraq xərçəngin inkişafının qarşısını ala bilər.

Araşdırma yaşıl bananın gündə bir dəfə istehlak edilməsinin belə sağlamlıq üçün mühüm fayda verdiyini ortaya qoyub.

NuriyyÉ™ Musayeva

Chosen
0
bakivaxti.az

1Sources