“NNSA “B61-13” nüvə bombasının ilk seriyasının may ayında, yəni planlaşdırıldığındatəqribən bir il əvvəl təhvil verilməsini gözləyir”,- xanım RobbinsNümayəndələr Palatasının Silahlı qüvvələr Komitəsinin dinləmələrində bildirib.
Onun sözlərinə görə, “W88 Alteration 370” proqramı (Trident II ballistik raketi üçün sualtı qayıqdan buraxılan nüvə başlığının təkmilləşdirilməsi) Hərbi Dəniz qüvvələrinin tədarük cədvəlinin tam yerinə yetirilməsiqrafikinə uyğunolaraq qalıb və 2025-ci maliyyə ilinin sonuna qədər istehsalını tamamlamaq yolundadır.
![]() |
Tramp nüvə silahı istehsalının əleyhinədir |
Xatırladaq ki, fevral ayının ortalarında Ağ Evdə jurnalistlərlə görüşündə ABŞ prezidenti Donald Tramp Rusiya və Çinlə nüvə arsenallarının azaldılması, eləcə də yeni döyüş başlıqlarının yaradılması xərcləri ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu vurğulayıb.
Bununla belə, aprel ayında “B61-13” adlı yeni nüvə başlığının istehsalının hazırlıq mərhələsinin sürətləndirilmiş şəkildəhəyata keçirildiyi və onların ilk seriyasının qoşunlara vaxtından yeddi ay əvvəl çatdırılacağı bildirilib. ABŞ Hərbi Hava qüvvələri, həmçinin 1945-ci ilin avqustunda Yaponiyaya nüvə bombalarının atıldığı aviabazanı yenidən bərpa edir.
Sahil İsgəndərov
AzVision.az