EN

Avropa Liqasında finalçılar müəyyənləşir

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra finalçılar müəyyənləşəcək.

“Mançester Yunayted” doğma meydanda “Atletik”i qəbul edəcək. 

“Tottenhem” isə ilk matçda 3:1 hesabı ilə məğlub etdiyi “Bodo Qlimt”lə Norveçdə üz-üzə gələcək.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

8 may

 

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya) (ilk oyun: 3:0)

23:00. “Bodo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) (ilk oyun: 1:3)

 

Bizim.Media

Chosen
0
3
bizim.media

6Sources