EN

Məhsuldarlığı həqiqətən artıran nədir? - SƏHƏR OXUSU

Zaman idarəçiliyi tez-tez tükənmişliyin qarşısını almağın əsas vasitəsi və dayanmadan işləmək mədəniyyəti içində sağ qalmağın yolu kimi təqdim olunur. Lakin kommunikasiya və liderlik üzrə məşqçi Kristin Braunston bildirir ki, diqqəti zamandan çox enerji idarəçiliyinə yönəltmək daha effektiv və davamlı nəticə verir. O, zaman idarəçiliyi ilə heç vaxt ciddi şəkildə məşğul olmadığını, əksinə, enerjisini necə istifadə etdiyinə fokuslandığını qeyd edir. Kristin Braunstonun sözlərinə görə, “altı saat boyunca sizə enerji verən bir işlə məşğul olmaq, üç saatlıq yorucu və mənasız bir işdən daha az tükəndiricidir.”

Braunstonun fikrincə, məhsuldarlıq siyahı tutmaqla deyil, o siyahıya nələrin daxil edildiyi ilə ölçülür. Əgər bütün tapşırıqlar enerji çəkicidirsə, onların üzərindən xətt çəkmək belə insanı yormuş hiss etdirəcək. Onun sözlərinə görə, zamanı sıxmaq yerinə, enerjini artırmaq daha uzunömürlü və dayanıqlı məhsuldarlıq gətirir. Zaman saatlarla ölçülür, amma həyat keyfiyyəti və güc hissi enerji ilə.

Valyuta.az enerji idarəçiliyinin əsas prinsiplərini təqdim edir.

1. Fərqindəlik 

İlk addım enerjinin müxtəlifliyini anlamaqdır. Bəzi fəaliyyətlər insanı tükədir, digərləri isə ilham verir. Gündəlik həyatınızda sizi gücləndirən və ruhlandıran fəaliyyətləri müəyyənləşdirərək onlara daha çox yer vermək vacibdir.

2. Ayırd etmə bacarığı 

Hansı fəaliyyətlərin enerji verdiyini və hansının tükətdiyini bilmək əsasdır. Əgər təqvim yalnız enerji aparan işlərlə doludursa, bu zaman idarəçiliyi kifayət etməyəcək. Enerji verən və alan işləri tarazlaşdırmaq lazımdır.

3. Seçim və fədakarlıq 

Hər şeyi edə bilmərik. Amma nəyə “bəli”, nəyə “xeyr” deyəcəyimizi enerji səviyyəsinə əsaslanaraq seçsək, daha balanslı və məmnun bir həyat mümkün olar.

4. Enerji tükəndirən emosiyalardan çıxış

Enneagram müəllimi (şəxsiyyət inkişafı, emosional şüurluluq və liderlik bacarıqları haqqında təlim, məşq və məsləhət verən şəxs) Russ Hudson bildirir ki, “həyat enerjisi məyus olduğunuzda tələyə düşür”. O, düşünür ki, bu enerjini sərbəst buraxmaq yaradıcılığın və psixoloji çevikliyin inkişafına şərait yaradır. Mənfi emosiyaları tanımaq və onları yönəltməyi öyrənmək də enerji idarəçiliyinin əsas hissəsidir.

Zaman idarəçiliyi ilə yanaşı enerji idarəçiliyini də öyrənmək, müasir iş dünyasında daha sağlam və dayanıqlı bir yol xəritəsi təqdim edir. Bu yanaşma yalnız iş məhsuldarlığını deyil, eyni zamanda şəxsi rifahı da artırır.

Məhz buna görə də, Hudson deyir ki, enerjini sərbəst buraxmaq yaradıcılığı idarə etməyə müsbət təsir göstərir.

Sərvanə Rəmixanova

Chosen
0
valyuta.az

1Sources