Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Futbolpress.az xəbər verir ki, İspaniyanın “Atletik” komandası səfərdə “Mançester Yunayted”lə üz-üzə gələcək. İlk matçda “qırmızı şeytanlar” qələbə qazanıb.
Digər görüşdə isə Norveçin “Bodo-Qlimt” kollektivi “Tottenhem”lə münasibətlərinə aydınlıq gətirəcək. Tərəflər arasındakı ilk oyunda “Tottenhem” qalib gəlib – 3:1.
Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
8 may
23:00 Bodo-Qlimt – Tottenhem
23:00 Mançester Yunayted – Atletik