EN

KİV: Şimali Koreya Yaponiya dənizi istiqamətində bir neçə ballistik raket buraxıb

Şimali Koreya Yaponiya dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Onların qısamənzilli olduğu güman edilir.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən “Yonhap” agentliyi məlumat yayıb.

Onun məlumatına görə, raketlər Şimali Koreyanın cənub-şərqindəki Vonsan şəhəri rayonundan buraxılıb.

Bundan əvvəl Pxenyan Sarı dəniz istiqamətində bir neçə ballistik raketi martın 10-da, ABŞ və Cənubi Koreya “Freedom Shield” adlı genişmiqyaslı təlimlərə başlayanda buraxmışdı.

Chosen
0
1
report.az

2Sources