Bakı. Trend:
Yəməndəki “Ənsar Allah” hərəkatının silahlı qolu olan husilərİsrailin cənubunda, Eylat şəhəri yaxınlığında yerləşən Ramon havalimanına hücum etdiklərini açıqlayıblar.
Trend-in məlumatına görə, bu barədə hərəkatın nəzarətində olan“Al Masirah” televiziya kanalında çıxış edən husilərin silahlıqüvvələrinin nümayəndəsi Yəhya Saria məlumat verib.
“Dron ordumuz iki hərbi əməliyyat həyata keçirib. Birinciəməliyyat zamanı Umm ər-Raşraş (Eylatın ərəb adı – red.) bölgəsindəyerləşən Ramon hava limanına iki pilotsuz uçuş aparatı ilə hücumedilib”, – deyə o bildirib.
Hücuma dair İsrail tərəfinin hələlik rəsmi açıqlamasıverilməyib.