Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının finalına yüksəlib.
Offsideplus.az xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi kollektiv yarımfinal mərhələsinin cavab görüşündə "Arsenal"ı 2:1 hesab ilə məğlub edib.
Ötən həftə Londondan minimal hesablı qələbə ilə qayıdan Paris təmsilçisi tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olmağa yaxındır.
PSJ və "İnter" arasında final görüşü mayın 31-də Almaniyanın Münhen şəhərində yerləşən "Allianz Arena"da keçiriləcək.