EN

Dövlət Gömrük Komitəsinin rəhbərliyi “Caspian Energy Club”un üzvləri ilə görüşdü - FOTOLAR

BAKI, 8 may. TELEQRAF

Mayın 7-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə “Caspian Energy Club”un üzvləri arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, məlumatı komitənin mətbuay xidməti yayıb.

“Caspian Energy Club”un sədri Telman Əliyev rəhbərlik etdiyi qurumla gömrük orqanları arasındakı əməkdaşlıqdan məmnunluqla bəhs edib, gömrük-biznes dialoqunun gücləndirilməsinin münbit biznes mühitinin formalaşması, xarici ticarət əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük-biznes münasibətlərində bütün mümkün imkanlardan istifadə etməklə xarici ticarət iştirakçıları ilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən bəhs edib. O da qeyd olunub ki, hazırkı mərhələdə gömrük xidmətində hazırlanan alətlər gömrük dəyərinin müəyyənləşdirilməsinin metodoloji əsaslarla həyata keçirilməsinə, müasir gömrük inzibatçılığı metodlarından istifadə etməklə mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin səmərəli şəkildə təmin olunmasına imkan yaradır.

Gömrük - biznes forumunda qarşıya çıxan məsələlər və onların həlli biznes subyektlərinə dəstəklə yanaşı, həm də şəffaflığın artırılmasına, rəqabət mühitinin möhkəmləndirilməsinə xidmət edir.

Görüş çərçivəsində “Caspian Energy Club”un yeni üzvlərinə sertifikatlar təqdim olunub.

Tədbirdə biznes nümayəndələrinin xarici ticarət əməliyyatları zamanı qarşılaşdıqları məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, onların təklif və rəyləri dinlənilib, sualları ətraflı cavablandırılıb.

Chosen
0
teleqraf.com

1Sources