EN

Fitso bu ölkənin ərazisindən uça bilməyəcək

Estoniya Slovakiyanın baş naziri Robert Fitsonun Qələbə Gününün 80-ci ildönümü ilə əlaqədar öz ərazisi üzərindən Moskvaya uçmasını qadağan edib.

"Unikal" xəbər verir ki, bu barədə Slovakiya hökumətinin başçısı özünün "Facebook" səhifəsində məlumat verib.

“Estoniya bir neçə dəqiqə əvvəl bizə məlumat verdi ki, onun ərazisi üzərindən uçuşumuza icazə verməyəcək. Təbii ki, bu, İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünün rəsmi qeyd olunması münasibətilə Moskvaya səfərimi pozmaq üçün məqsədyönlü cəhddir”, - deyə Fitso yazıb. 

Chosen
0
50
unikal.az

10Sources