EN

Moskvanın əsas aeroportu yenə bağlandı

Moskvanın “Domodedovo” hava limanında günortadan bəri ikinci dəfə təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Sitat.info  Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı “Rosaviatsia” açıqlayıb.

Bildirilir ki, aeroportda təyyarə qəbulu və yola salınması tam dayandırılıb.

Qeyd edək ki, bu gün hava limanının fəaliyyətinə iki dəfə məhdudiyyət qoyulub. Bundan əvvəl Rosaviatsia Moskva vaxtı ilə saat 19:15-də

Domodedovo hava limanının fəaliyyətinə məhdudiyyətlərin tətbiqi barədə məlumat vermişdi. Bu addım Moskvaya dron hücumu ilə izah olunurdu. İkinci dəfə məhdudiyyətin tətbiq olunma səbəbi açıqlanmayıb.

 

Chosen
0
sitat.info

1Sources