Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailin cənubunda Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına zərbə endiriblər.
Publika.az xəbər verir ki, bu barədə üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib.
“Dron ordusu iki hərbi əməliyyat həyata keçirib, birinci əməliyyat zamanı Umm ər-Raşraş bölgəsində sionist düşmənə məxsus Ramon hava limanına iki dronla hücum edilib”, – o qeyd edib.