EN

Tramp 8 mayı Qələbə Günü elan etdi

  Mayın 8-i ABŞ-da İkinci Dünya müharibəsində Qələbə Günü elan edilib.

Referans xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyannamə imzalayıb.

Bəyannamədə İkinci Dünya müharibəsindəki qələbənin tarixdə azadlıq uğrunda ən böyük qələbələrdən biri olduğu bildirilir. Qeyd olunur ki, müharibə zamanı 250 mindən çox amerikalı həyatını itirib.

“Amerika əsgərlərinin fədakarlığı olmasaydı, bu müharibədə qalib gəlinməzdi və bugünkü dünyamız tamamilə fərqli görünərdi”,- deyə bəyannamədə vurğulanıb./publika.az  

Chosen
0
7
referans.az

10Sources