Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti növbəti tədbir keçirilib
07 may 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklərin olduğunu bildirdi. Rayon təşkilatının sədri Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldığını qeyd etdi.
Daha sonra çıxış edən partiya fəallarından ərazi partiya təşkilatının sədri Vüqar Məmmədov, Alim Abbasov və digərləri çıxış edərək qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirdi. Ulu öndər Heydər Əliyevin təkcə sovet hakimiyyəti illərindəki fəaliyyəti böyük dövlət idarəçiliyi akademiyasıdır. Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.
Tədbirin sonunda partiyanın ictimai-siyasi həyatında fərqlənən bir neçə fəal partiya üzvlərinə fəxri fərmanlar təqdim olundu.