EN

Azərbaycanda balıq tutmağa gedən şəxs faciəvi şəkildə ölübVİDEO

Bakıdan rayona balıq tutmağa gedən şəxs faciəvi şəkildə ölüb.

Xezerxeber.az xəbər verir ki, Lənkəranda 66 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə rayonun Velədi kəndi ərazisində baş verib.

Əzizağa Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Yaxınlarının dediklərinə görə, o, uzun müddət imiş Bakı şəhərində yaşayırmış. Balıq ovu həvəskarı olduğu üçün hərdənbir rayona gedirmiş.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, Əzizağa Ağayev uzun müddət Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin müdiri vəzifəsində işləyib. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
0
xezerxeber.az

1Sources