EN

ABŞ səfiri məqaləsinə görə Danimarka XİN-ə çağırılıb

Danimarka Xarici İşlər Nazirliyi ABŞ-nin bu ölkədəki səfirini nazirliyə çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə yerli “TV2” telekanalı məlumat yayıb.

Jurnalistlərin fikrincə, buna səbəb “The Wall Street Journal” (WSJ) nəşrindəki təxribat xarakterli məqalə olub.

Mayın 7-də nəşr mənbələrə istinadən yazıb ki, ABŞ Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanmasını gücləndirməyi planlaşdırır. Amerika hakimiyyəti prezident Donald Trampın Danimarka adasını ölkəyə birləşdirmək planları ilə bağlı müvafiq qərarını qəbul edib.

Məqalə müəlliflərinin qeyd etdiyinə görə, ötən həftə Vaşinqtonda bir sıra yüksək rütbəli məmurlar xüsusi xidmət orqanlarına “Qrenlandiyanın müstəqilliyi uğrunda hərəkatla bağlı daha çox məlumat əldə etməyi” tapşırıblar.

QAZİLER.AZ

Chosen
0
qaziler.az

1Sources