"Fənərbağça"nın prezidenti Ali Koç Viktor Osimhenin "Qalatasaray"a transfer olunmasının detallarını açıqladı.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi nigeriyalı futbolçunun heç vaxt "sarı-lacivərtlər"ə təklif edilmədiyini bildirib:
"Osimhen heç vaxt bizə təklif edilməyib. Çox özəl və Super Liqanın üstündə olan bir futbolçudur. Osimhen Səudiyyə Ərəbistanına yollanırdı. Anlaşdılar, əl sıxdılar. Son dəqiqədə "Napoli"nin prezidenti transfer qiymətini artırdı. Ərəblər də istəmirik dedilər. Avropada da transfer dönəmi başa çatmışdı. Yalnız Türkiyədə transfer pəncərəsi açıq idi. O müddətdə də "Qalatasaray"a nəsib oldu".