EN

Banklar vətəndaşların kartından oğurlanan pullara görə nə vaxt məsuliyyət daşıyacaq?VİDEO

Daxili İşlər Nazirliyi hər həftə vətəndaşların bank kartlarından böyük məbləğlərdə vəsaitin kiberdələduzluq yolu ilə oğurladığına dair məlumat paylaşır.

Təkcə kartlar talanmır, həm də vətəndaşın xəbəri olmadan adına onlayn kredit götürülür. Bank isə sadəcə "siz təsdiqləmisiniz" deyib məsuliyyəti üzərindən atır.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki,bankların onlayn kredit prosesində ciddi risklər var. Mütəxəssis qeyd edir ki, yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemi ilə identifikasiya etməklə kredit verir. Əksəriyyət isə adi qaydada, ən yaxşı halda isə video zənglə vətəndaşı identifikasiya edib dərhal onlayn formada kredit ayırırlar.

Kiber təhlükəsizlik üzrə ekspert Rəşad Əliyev də bankların təhlükəsizlik sistemində boşluqlar olduğunu bildirir.

Rəşad Əliyev deyir ki, banklar təhlükəsizlik məsələlərinə riayət etməlidir.

Bank məsələləri üzrə ekspert, hüquqşunas Əkrəm Həsənov isə bildirdi ki, Mərkəzi Bank bu tip hallara qarşı ciddi tədbirlər görməlidir.

Bir sözlə, ekspertlər düşünür ki, bu sahədə Azərbaycanda qanunvericilik təkmilləşdirilməlidir. Əgər bankların bu sahədə məsuliyyəti artırılmayacaqsa, oğurlanan və talanan vəsaitlərə görə banklar məsuliyyət daşımayacaqsa problemin həlli mümkün olmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
0
xezerxeber.az

1Sources