EN

Milli Məclisin sədri BƏƏ prezidenti ilə ölkələr arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparıb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsindəBirləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed AlNəhyan ilə görüşüb.

Trend xəbər verirki, Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayanPrezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, bu səfərinparlamentlərimiz arasında əlaqələrin daha da genişləndirilməsinətöhfə verəcəyinə inamını ifadə edib.

Spiker Sahibə Qafarova göstərilən yüksək səviyyəliqonaqpərvərliyə görə minnətdarlığını bildirərək, AzərbaycanPrezidenti İlham Əliyevin salamlarını çatdırıb. Prezident ŞeyxMəhəmməd bin Zayed Al Nəhyan onun da salamlarını Prezident İlhamƏliyevə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındasiyasi, iqtisadi və digər sahələrdə sıx əməkdaşlığın mövcud olduğuqeyd edilərək, bu əlaqələrin daha da genişləndirilməsi üçün genişimkanların mövcud olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, ölkə başçıları arasında fəal siyasi dialoq vəmüntəzəm təmaslar əməkdaşlığın inkişafında çox mühüm rol oynayır.Dövlət başçılarımızın müəyyən etdiyi strateji istiqamətlərin dövlətqurumları tərəfindən ardıcıl şəkildə reallaşdırılmasıəlaqələrimizin müxtəlif sahələr üzrə inkişafına imkan yaradıb vəölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinəyüksələrək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qeyd olunub ki,ölkələrimizin liderlərinin uğurlu rəhbərliyi ilə dövlətlərimiz vəxalqlarımız böyük nailiyyətlər əldə ediblər.

Görüşdə dövlətlərimiz arasında əməkdaşlığın mühüm bir istiqamətikimi parlamentlərimiz arasında da əlaqələrin uğurlu inkişafındanməmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova bu səfərin onunMilli Məclisin sədri kimi Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəriolduğunu bildirərək, səfər çərçivəsində apardığı danışıqlar barədəməlumat verib. O, dünən imzalanan Azərbaycan Respublikası MilliMəclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasıarasında Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edərək, deyib ki,bu sənəd tərəflər arasında əməkdaşlığın daha da genişlənməsinəimkan verəcək.

Həmçinin diqqətə çatdırılıb ki, parlamentlərimiz ikitərəfləəsasda olduğu kimi, beynəlxalq parlament təşkilatlarında da uğurlaəməkdaşlıq edirlər. Parlament üzvlərimiz Parlamentlərarası İttifaq,İƏTPA, Asiya Parlament Assambleyası, xüsusilə AzərbaycanPrezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama HərəkatınınParlament Şəbəkəsi kimi təşkilatlarda sıx əlaqə saxlayır vəbir-birini dəstəkləyir.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti parlamentlər arasındakıəlaqələrin dövlətlərarası münasibətlər sistemində önəmli yertutduğunu vurğulayıb. Bildirilib ki, bu sahədə əməkdaşlığındərinləşməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmətedir.

Söhbət zamanı humanitar sahədə də əlaqələrin önəmi ifadəedilərək, qeyd olunub ki, təhsil, elm, mədəniyyət sahələrindəəlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı əsasda mədənitədbirlərin davam etdirilməsi, şəhərlər və regionlar arasındaəlaqələr xalqlarımızı daha da yaxınlaşdıra biləcəktəşəbbüslərdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Milli
Milli
Milli
Chosen
0
44
az.trend.az

10Sources