Belarus prezidenti Aleksandr Lukaşenko “Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə əlaqədar 8 minə yaxın məhbus haqqında amnistiya haqqında qanun imzalayıb.
Bu barədə mayın 7-də Belarus liderinin saytı məlumat yayıb. Əksər məhkumlar üçün amnistiyanın şərtləri cinayət nəticəsində vurulmuş zərərin tam ödənilməsi, habelə cəzanın çəkildiyi müddətdə müsbət xarakterli arayışıdır. Amnistiya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərə şamil ediləcək. Qanun yetkinlik yaşına çatmayanlara, hamilə qadınlara, azyaşlı uşaqları olan qadınlara və tək kişilərə, habelə digər kateqoriyadan olan məhkumlara şamil edilir. “Beləliklə, cəzadan və cinayət məsuliyyətinin digər tədbirlərindən tamamilə azad edilmiş şəxslərin siyahısı müəyyən xəstəlikləri olan şəxslərin yeni kateqoriyası ilə tamamlanıb”, - deyə məlumatda bildirilirr.
Belarus prezidenti Aleksandr Lukaşenko həmçinin ekstremist cinayətlərdə təqsirli bilinən 42 nəfəri də əfv etmək qərarına gəlib. Bu barədə Belarus prezidentinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb. "Qələbə günü ərəfəsində Belarus Respublikasının Prezidenti ekstremist cinayətlərə görə məhkum olunmuş 42 nəfərin əfv edilməsi haqqında qərar qəbul edib Onlardan 13-ü xroniki xəstədir, biri isə əlildir. Məhkumlardan 24-nün azyaşlı uşağı var, ikisi isə çoxuşaqlı uşaqlıdır. On nəfərin yaşı 50-dən yuxarı, biri isə pensiya yaşına çatıb", - deyə məlumatda bildirilir. Qeyd olunur ki, 18 qadın və 24 kişi əfv olunacaq. Onların hamısı əfv üçün vəsatət qaldırıb, günahlarını etiraf edib və törətdikləri cinayətlərdən peşman olublar.
Surxay Əliyev