EN

Polşa DİN: Hovuzlar əvəzinə sığınacaqlar tikmək daha yaxşıdır

Polşanın daxili işlər və administrasiya naziri Tomaş Siemonyak Müdafiə24 Günləri konfransında çıxışı zamanı hovuz əvəzinə sığınacaq tikməyi təklif edib.

HİT.az xəbər verir ki, Semonyak bu təkliflə yerli hakimiyyət orqanlarına müraciət edib.

"Bəlkə hovuz əvəzinə sığınacaq olsa, daha yaxşı olar?", deyə nazir bildirib.

Onun sözlərinə görə, Polşada bu yaxınlarda yaradılmış Təhlükəsizlik və Müdafiə Fondu sığınacaqların yaradılması üçün əla vasitədir.

Bundan əvvəl "Delfi" portalı Litva Daxili İşlər Nazirliyinə istinadən məlumat vermişdi ki, Litva, Latviya və Estoniya Polşa ilə əhalinin təxliyəsi zamanı hərəkətlərin əlaqələndirilməsinə dair memorandum hazırlamağa başlayıb.

Ölkələrin sənədi iyunda imzalamağı planlaşdırdığı bildirilir. Tərəflər memorandumda təxliyyə zamanı öz hərəkətlərini dəqiqləşdirəcək və əhalinin təşkilinə cavabdeh şəxsləri təyin edəcəklər. Bundan əlavə, onlar mümkün təxliyə istiqamətlərini və sərhəd keçid məntəqələrini müəyyən edəcəklər.

Samir

Chosen
0
hit.az

1Sources