Braziliya prezidenti Luiz İnasio Lula da Silva Qələbə Günü tədbirlərində iştirak etmək üçün Moskvaya gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Xəbər agentliyi Braziliya liderinin Moskvanın Vnukovo-2 hava limanına gəldiyini yazır.
Qeyd edək ki, mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda 29 xarici ölkə lideri iştirak edəcək. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.