EN

Pakistanın müdafiə naziri: Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər

Hindistan və Pakistan arasında gərginliyin artması nüvə müharibəsinə səbəb ola bilər...

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Havaca Asif “Geo News” telekanalına açıqlamasında bildirib.

“Əgər onlar (Hindistan hökuməti - red.) regionu total müharibə meydanına çevirsələr və təhlükəsizlik təhdidi yaranarsa, o zaman hər an nüvə müharibəsi başlaya bilər”, - o deyib.

Asif vurğulayıb ki, Yeni Dehli hökuməti Pakistanı nüvə müharibəsinə sövq edərsə, Hindistan bunun yaratdığı nəticələrlə üzləşməli olacaq.

Qeyd edək ki, Hindistan aprelin 22-də Pahalqam bölgəsində 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq mayın 6-da Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. İslamabad hökuməti hücumlar nəticəsində 6 mülki obyektin vurulduğunu və 26 nəfərin öldüyünü bildirib.

Poliqon.info

Chosen
0
7
poliqon.info

10Sources