Tramp 8 may tarixini İkinci Dünya Müharibəsində Qələbə Günü elan edib
ABŞ prezidenti Donald Tramp 8 Mayın İkinci Dünya Müharibəsində Qələbə Günü elan edilməsi haqqında bəyannamə imzalayıb. Müvafiq sənəd Ağ Evin saytında dərc olunub.
"Bu gün xalqımız bəşər tarixində azadlıq qüvvələrinin ən böyük qələbələrindən biri olan Milli Sosializm və Faşizm üzərində Müttəfiqlərin Qələbəsinin 80-ci ildönümünü qürurla qeyd edir. Bu gün biz Birləşmiş Ştatlar ordusunun misilsiz qüdrətini qeyd edirik və müqəddəs azadlıq hüququmuzu bütün xarici və daxili təhdidlərdən qoruyacağımıza söz veririk", mətndə deyilir.
Tramp ABŞ-ın Pearl Harbora hücumdan sonra müharibəyə girdiyini, nasist rejiminə qarşı mübarizədə 250 mindən çox amerikalının həyatını itirdiyini xatırladıb.
ABŞ prezidenti 1945-ci il mayın 8-i Almaniyanın qeyd-şərtsiz təslim olduğu və “uzun, amansız və qanlı müharibənin sonunun başlanğıcı” adlandıraraq, “Amerika əsgərlərimizin fədakarlığı olmasaydı, bu müharibə qalib gəlməzdi və dünyamız bu gün çox fərqli görünərdi” dedi.
Tramp həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar öz uğurunu “təkcə qalib gəldiyimiz döyüşlərlə deyil, həm də bitirdiyimiz müharibələrlə” ölçmək niyyətindədir. Amerika liderinin sözlərinə görə, onun əsas mirası “sülhməramlı olmaq”dır.
aia.az
Tərcümə şöbəsi