EN

Azərbaycanın qadın cüdoçuları Böyük Dəbilqədə

BAKI. 7 may. TELEQRAF

Azərbaycanın qadın cüdoçuları mayın 9-da Qazaxıstanın paytaxtı Astanada start götürəcək Böyük Dəbilqəyə qatılacaqlar.

Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, üç gün davam edəcək yarışa qadınlardan ibarət yığma komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimarın başçılığı altında 3 çəki dərəcəsində 3 cüdoçu yollanıb.

Tatami üzərinə Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) çıxacaq.

Qeyd edək ki, üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) mübarizə aparacaq.

Chosen
0
10
teleqraf.com

10Sources