EN

Qızıl ucuzlaşa bilər - Səbəb

Hindistanla Pakistan arasında artan gərginlik fonunda dünya bazarlarında qızılın qiymətinin enə biləcəyi gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə Gaidar İnstitutunun beynəlxalq təcrübələrin təhlili laboratoriyasının əməkdaşı Kirill Çernovol RİA Novosti ilə söhbətində bildirib.

Ekspertin sözlərinə görə, Hindistanın terrorçu düşərgələrinə endirdiyi zərbələrlə bağlı xəbərlər fonunda qızılın qiymətində eniş müşahidə olunur. Hazırda Nyu-Yorkun Comex birjasında bir unsiya qızılın qiyməti 3394,29 dollar səviyyəsinə düşüb.

"Hazırda əksinə, qiymət enir… Əgər bu rəqəm 3340 dollardan aşağı düşsə, ehtimal var ki, 3300 dollara qədər eniş davam etsin", – deyə Çernovol qeyd edib.

Qeyd edək ki, Hindistan 7 may gecəsi Pakistana qarşı "Sindur əməliyyatı"na başlayıb. Hindistan Hərbi Hava Qüvvələri Pakistan nəzarətindəki Kəşmirdə terrorçu düşərgələrinə raket zərbələri endirib. Həmin hava hücumunun videogörüntülərini NBC News yayımlayıb.

Chosen
0
far.az

1Sources