Birləşmiş Ştatlar bütövlükdə bütün dünyada nüvə silahlarının azaldılması ideyasına, habelə Rusiya və Çinlə bu mövzuda danışıqlara açıqdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Amerikanın vitse-prezidenti Ceyms Devid Vens bildirib.
“Düşünürəm ki, prezident ruslarla və çinlilərlə oturub deməyə çox açıq olardı: “Baxın, gəlin hər şeyi daha yaxşı edək, bütövlükdə dünyada nüvə silahlarının sayını azaldaq” -Vens Vaşinqtonda Münhen Təhlükəsizlik Konfransının təşkil etdiyi forumda çıxış edərkən deyib.
"Bu, əlbəttə ki, sabah üçün söhbət deyil. Bu söhbətdir ki, Uca Tanrı istəsə, bir neçə ildən sonra baş tutacaq. Ancaq dünyanın bir çox rejimləri nüvə başlığı əldə etmək üçün sprintdə olsalar, bu söhbət baş tutmayacaq", - Amerika administrasiyası rəhbərinin müavini qeyd edib.
O, iddia edib ki, əgər İran nüvə silahı əldə etsə, bu, bir sıra digər dövlətlərin, ilk növbədə, Yaxın Şərqin oxşar qərarlarına səbəb olacaq.