EN

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır.

SİA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, mayın 17-18-də ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.

Ümumi monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə mayın 8-i saat 17:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.

Chosen
0
30
sia.az

10Sources