EN

Azərbaycanın turizm imkanları İsraildə nümayiş etdirilir - FOTOLAR

AzVision.az xəbər verir ki, sərgidə dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi və digər mövcud turizm məhsulları haqqında ətraflı məlumat təqdim olunur.

Həmçinin stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.



Bundan əlavə, 5-6 may tarixlərində İsrailin Hayfa və Təl-Əviv şəhərlərində silsilə təbliğat tədbirləri təşkil edilib.B2B formatlı görüşlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB), “Azərbaycan Hava Yolları” (AZAL) QSC, “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 12 yerli tərəfdaş təmsil edib.



Təbliğat tədbirləri çərçivəsində Hayfada 40, Təl-Əvivdə isə 65 yerli turizm nümayəndəsi ilə görüşlər keçirilib, təqdimatlar, media brifinqi, eləcə də şəbəkələşmə tədbiri təşkil olunub.



Təl-Əvivdə keçirilən tədbirdə Azərbaycan Respublikasının İsrail Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov və İsrail Turizm nazirinin müşaviri Peleg Levi iştirak edib.

AzVision.az

Chosen
0
11
azvision.az

10Sources