EN

Vətəni Almaniyada qalmağa üstünlük verdi

Florian Virts yayda klubunu dəyişəcək, amma vətəni Almaniyanı tərk etməyəcək.

"Football-plus.az" xəbər verir ki, “Bayer-04”ün futbolçusu Avropanın iki nəhəng klubunun təklifini rədd edib.

“Bild” qəzetinin məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi “Real” və “Mançester Siti”dən gələn təklifləri geri çevirib. Buna səbəb onun “Bavariya”da oynamaq istəməsidi. Xəbərdə Virtsin artıq qərarını verdiyi və “Bayer-04” rəhbərliyinə və məşqçilərinə gələcəklə bağlı planlarını çatdırdığı da bildirilib. Bu, “Bavariya”nın onunla şəxsi müqavilənin şərtləri mövzusunda razılaşmağa yaxın olduğu haqda xəbərlərlə üst-üstə düşür.

Florianın “Bayer-04” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. O, bu mövsüm komandada 43 oyun keçirib, 16 qol vurub və 13 məhsuldar ötürmə edib.

1Sources