EN

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Bakı. Trend:

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır.

Trendxəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyi məlumat yayıb.

Bildirilib ki, 17 və 18 may tarixlərində ölkə üzrə IV və VIsiniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsiməqsədilə monitorinqlər təşkil ediləcək.

"Monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkiliməqsədilə 8 may saat 17:00-dan etibarən IV və VI siniflər üzrəşagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır",-deyə əlavə edilib.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra businiflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.

Chosen
0
30
az.trend.az

10Sources