EN

Türkiyədə evə girən oğru dərman qutusunu salaraqiz qoydu

Türkiyənin Muğla şəhərinin Fethiye rayonunda oğurluq məqsədilə girdiyi evdə dərman qutusunu salaraq iz buraxan şübhəli saxlanılıb və barəsində həbs qərarı verilib.

Redaktor.az xəbər verir ki, Tuzla məhəlləsində yaşayan R.H-nin evindən 10 min lirə və 30 min lirə dəyərində qızılın oğurlandığı barədə məlumat alan polis əməkdaşları araşdırma aparıb.

Ərazidə aparılan baxış zamanı evdə ev sahibinə aid olmayan bir dərman qutusu tapılıb. Bu İzin ardınca hərəkət edən polis, şəhərdəki apteklərdə araşdırma apararaq V.T. adlı şəxsin həmin dərmanı, eləcə də maska və əlcək aldığını müəyyən edib.

Araşdırmalar nəticəsində saxlanılan V.T. çıxarıldığı məhkəmə tərəfindən həbs olunub.

Kənan YUSİF 

 

Chosen
0
redaktor.az

1Sources