Bakıda yeniyetmə boksçular arasında beynəlxalq təlim-məşq toplanışı keçirilir.
Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan və Özbəkistan idmançılarının birgə hazırlığına Gürcüstan millisi də qoşulub.
Bakı Boks Mərkəzində təşkil olunan toplanışda 100-dən çox boksçu iştirak edir. Komandalar gündə 2 dəfə məşq keçir, sınaq döyüşlərində güclərini yoxlayırlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük verilir.
Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2025” turniri mayın 16-21-i aralığında baş tutacaq.