Serbiya Prezidenti Aleksandr Vuçiçin Qələbə Günü bayramında iştirak etmək üçün Moskvaya uçduğu təyyarə hazırda Bakıdadır.
AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Vuçiçin təyyarəsiRusiyanın hava məkanının bağlanması səbəbindən Moskvaya uça bilməyib.
Hazırda təyyarə Rusiyaya uçuşun davam etdirilməsi üçün icazə gözləyir.