EN

Ermənistanın yeni konstitusiyasının mətni 10 ay sonra hazır olacaq

Ermənistanın yeni konstitusiyasının mətni 10 ay sonra hazır olacaq.

"Report" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə ədliyyə naziri Srbui Qalyan bildirib.

Onun sözlərinə görə, sənəd hazırda işlənmə mərhələsindədir, mətnin müxtəlif variantları müzakirə olunur. Lakin hələ yekun qərar qəbul edilməyib.

Eyni zamanda, Konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması müzakirə olunmayıb, deyə Qalyan Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına toxunaraq əlavə edib.

Mart ayının sonunda baş nazir Nikol Paşinyan bildirmişdi ki, Ermənistan hakimiyyəti 2027-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi üçün referendum keçirməyi planlaşdırır. Bununla yanaşı, baş nazir əlavə etmişdi ki, onun komandasında referendumun 2026-cı ildə parlament seçkiləri ilə paralel keçirilməsinin məqsədəuyğunluğu barədə fikir səslənir.

Chosen
0
report.az

1Sources