EN

Türkiyəli məşhur hücumçu həbs olundu

Türkiyə milli komandasının və "Qalatasaray"ın sabiq futbolçusu Ümit Karan həbs olunub.

Sportal.az xəbər verir ki, keçmiş hücumçu "təqib səviyyəsində sadə cinsi təcavüz"də ittiham olunub. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Məhkəmə 48 yaşlı sabiq hücumçu barədə 1 il 8 ay müddətinə həbs cəzası verib. O, "Metris" həbsxanasına göndərilib.

Qeyd edək ki, Ümit Karan 2001-2009-cu illərdə "Qalatasaray"da çıxış edib. Türkiyə millisində 10 oyun keçirmiş forvard 3 qol vurmağı bacarıb.

saytlarin hazirlanmasi

Chosen
0
sportal.az

1Sources