BAKI, 7 may. TELEQRAF
Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərə əhalinin köçürülməsi prosesi davam edir.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, növbəti köç prosesi Ağdam rayonunun Kəngərli kəndinə həyata keçiriləcək.
Bunun üçün müvafiq hazırlıq işləri görülür və yaxın günlərdə evlərin bölgüsü üçün püşkatma mərasimi də təşkil olunacaq.
Hazırda Kəngərlidə birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 292 fərdi ev inşa edilib.
Kənddə 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır.
Qeyd edək ki, 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunan Kəngərli kəndi rayon mərkəzindən 6 kilometr şimal-şərqdə yerləşir.
Kənd 2020-ci il noyabrın 20-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.