EN

FHN Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirib

Bakı, 7 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Liderin idarəçilik və varislik fəlsəfəsinin təbliği” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən bildirilib.

Tədbirdə fövqəladə hallar nazirinin müavini güneral-mayor Adil Abdullayev, Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, FHN-in məsul vəzifəli əməkdaşları, FHN Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və kursantları iştirak ediblər.

Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

Ulu Öndərin xilaskarlıq missiyasından söz açan natiqlər bildiriblər ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü zaman xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin sonsuz Vətən sevgisi, sarsılmaz siyasi qətiyyəti, titanik fəaliyyəti və güclü idarəçilik bacarığı sayəsində Azərbaycan real parçalanmaq, müstəqilliyni itirmək təhlükəsindən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb.

Tədbirdə Ulu Öndərin şərəfli tarixi fəaliyyətindən söz açan, keçidyi mənalı və zəngin həyat yoluna qısa nəzər yetirən natiqlər vurğulayıblar ki, dünyanın qüdrətli dövlətlərindən birinin – SSRİ-nin rəhbərliyində təmsil olunmağı bacarmış müdrik lider hələ Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövrdə bügünkü müstəqil Azərbaycanın etibarlı və sarsılmaz bünövrəsini qoyub.

Qeyd olunub ki, Heydər Əliyev mütərəqqi siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmiz beynəlxalq birliyin nüfuzlu üzvlərindən birinə, regionun lider dövlətinə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günə əzəli torpaqlarımızı işğalçılardan azad etməsi, 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası hər bir azərbaycanlının əsl qürur və şərəf mənbəyidir.

Sonra Akademiyanın kursantları tərəfindən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş film izləyiblər.

Chosen
0
12
azertag.az

10Sources