AzVision.az bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Biz prezidentin bu gün Çeçenistan rəhbəri Ramzan Kadırovla da görüşəcəyini gözləyirik. Bu, işgüzar görüşdür, prezident regionlarla işini davam etdirir”,- Kremlin sözçüsü deyib.
Çeçenistan rəhbərinin Putinin keçirəcəyi bir sıra beynəlxalq görüşlərində də iştirak edəcəyi də deyilir.
Xatırladaq ki, ağır xəstəliyinə görə dünən istefası ilə bağlı söhbətlər fonunda Kadırov bildirib ki,“özü təkbaşına belə bir qərar verə bilməz və vəzifədə qalması onun iradəsindən asılı deyil”.
- Necə danışsam da, necə xahiş etsəm də, beləqərarı yalnız bir nəfər verir - Ali Baş Komandanımız, Rusiya prezidenti Vladimir Vladimiroviç Putin. Mən piyadayam! Mən komanda adamıyam. Əmr varsa onu yerinə yetiriəm!”,- Çeçenistan rəhbəri öz Telegram-kanalında yazıb.
Bundan əvvəl isə, “Çeçnistan bu gün” informasiya agentliyinə müsahibəsində Ramzan Kadırov, respublikanın yeni rəhbərinin öz ideya və yanaşmalarını həyata keçirməsinə imkan vermək üçün, tutduğu vəzifədən azad olunmasını xahiş etdiyini bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az