EN

1 günlük nazir tapmacası: Kazım Hüseynəliyev, yoxsa Səməd Bəşirli?

Kazım Hüseynəliyevin Naxçıvan Muxtar Respublikasında 1 günlük iqtisadiyyat naziri təyin edilməsi tapmacası gündəmi zəbt edib.

Yenisabah.az xəbər verir ki, təyinat barədə qərarı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov imzalayıb.

Yeni nazirin 24 saatlıq təyinatına isbatlayan rəsmi sənəd Muxtar Respublika parlamentinin rəsmi saytında belə yoxdur.

Bundan başqa, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin saytında son məlumat dünənki tarixə, yəni mayın 6-na aiddir. 

Həmin məlumatda iqtisadiyyat naziri vəzifəsini icra edən müavin (həm də Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini) Səməd Bəşirlinin Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul etdiyi qeyd olunub:

"İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb".

Eyni tarixə aid ikinci məlumat Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İqtisadi inkişaf suverenliyin əsasıdır” mövzusunda elmi-praktik konfransın keçirilməsi barədədir. 

Tədbirdə nitq söyləyən şəxslərin  birincisi yenə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlidir. Digər şəxslərin adını qeyd etməkdə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Zahid Qənbərovdur. 

Göründüyü kimi, Kazım Hüseynəliyevin adı bu iki son məlumatda (və onlara aid fotolarda) yer almayıb.

Əziz Rzazadə


Telegram kanalımız
Chosen
0
yenisabah.az

1Sources