EN

Pakistan hərbi gərginlik fonunda X-i blokdan çıxardı

Pakistanın aidiyyəti qurumları "X" sosial şəbəkəsini təxminən 15 aydan sonra blokdan çıxarıb. Bu məşhur sosial şəbəkə ölkədə davam edən hərbi gərginlik fonunda indi vətəndaşlar üçün əlçatan olacaq.

Bu barədə Dawn qəzetinə Pakistan Telekommunikasiya İdarəsinin rəhbəri məlumat verib.

Qəzet yazıb ki, artıq pakistanlı sosial şəbəkə istifadəçiləri vpn proqramlardan istifadə etmədən rahat şəkildə "X"ə daxil ola biləcəklər.

Xatırladaq ki, Pakistan Daxili İşlər Nazirliyinin qərarı ilə 2024-cü il fevralın 17-də sosial şəbəkəyə giriş bloklanıb. Nazirlik bildirib ki, platforma burada yayılan bəzi məlumatlara müəyyən mənada nəzarəti onlara təqdim etməyib. Söhbət saxta məlumatlardan gedir.

Xatırladaq ki, Hindistan Pakistan ərazilərini bombalayıb. Belə ki, dünən Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan edib. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.

22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.

Tural

Chosen
0
41
news365.az

10Sources