Təl-Əviv və husilər arasındakı gərginlikdən sonra İsrailin müdafiə naziri İsrael Katz və Baş naziri Beynamin Netanyahu Tehrana açıq şəkildə xəbərdarlıq ediblər. Missiya.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Bildirilib ki, İran husilərin İsrailə qarşı bütün hücumlarına görə məsuliyyət daşıyır.
“Səkkizayağın başını” hədəfə alacaqlarını deyən İsrael Katz bildirib ki, “kim İsrailə hücum etsə, 7 qat daha güclü cavab veriləcək”.
Zərintac MayisqızıMissiya.Az