Əməkdar artist Mətanət İsgəndərli 27 ildən sonra solo konsert verib.
Far.Az xəbər verir ki, sənətçi Heydər Əliyev Sarayında "Gəl qayıdaq o illərə" adlı musiqili proqramlıa sevənləri qarşısında çıxış edib.
İsgəndərli sənətə ilk gəldiyi anlardan bu günə qədər oxuduğu bütün mahnıları musiqisevərlər üçün səsləndirib.
Konsertdə sənətçini dinləməyə gələnlər aarsında bəzi məşhur həmkarları da olub. İfaçı bəstəkar Faiq Sücəddinovla duet də oxuyub.
Xatırlaadq ki, Əməkdar artist sonuncu dəfə 1998-ci ildə konsert verib.