EN

Azərbaycanın veteran futbolçuları yoldaşlıq oyunu keçirmək üçün Özbəkistana gedirlər

Azərbaycanın veteran futbolçuları AFFA və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Özbəkistana yollanacaqlar.

Bu barədə “Report”a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O.Abdullayev Özbəkistanda yerli veteran futbolçularla yoldaşlıq görüşü keçirmək istədiklərini söyləyib:

“Bu gün Özbəkistana gedəcəyik. Daşkənd şəhərində yerli veteran futbolçularla yoldaşlıq görüşü keçirəcəyik. Həmçinin Heydər Əliyevin Özbəkistandakı heykəlini ziyarət edəcəyik”.

Qurum rəsmisi daha bir yoldaşlıq matçı planlaşdırıldığını söyləyib:

“Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyi klubların məşqçilər korpusunun üzvləri “Neftçi”nin veteran futbolçuları arasında oyun təşkil etməyi planlaşdırıb. Görüşün mayın 18-i və ya 19-da keçirilməsi nəzərdə tutulub”.

O, bir neçə gün öncə Gürcüstanda səfərdə olduqlarını da bildirib:

“AFFA, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gürcüstana getmişdik. Orada yerli veteran futbolçularla görüşdük. Heydər Əliyevin heykəlinin önünə əklil qoyduq. Gürcüstanlı veteran futbolçularla münasibətlərimiz yaxşıdır. Hər il olmasa da, 2 ildən bir onlarla görüşürük. Müəyyən səbəblərdən bu dəfə yoldaşlıq matçı keçirmədik”.

Chosen
0
report.az

1Sources