Formula 1 komandası "Alpin" pilot dəyişikliyinə gedib.
Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisi Cek Duhenin yerinə Franko Kolapintonu gətirib. Argentinalı pilotla 5 yarışlıq müqavilə imzalanıb.
Bu barədə komandanın rəsmi saytı məlumat yayıb.
Duhen "Alpin" karyerası cəmi 6 yarış çəkib. O, bu yarışlarda xal qazana bilməyib.