EN

Nazir Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

Nazir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 23 may 2025-ci il tarixində saat 09:30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Xocalı rayonları və Naftalan şəhərinin sakinlərini qəbul edəcək.Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.Qəbula 22 may 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.✍"Ulusum".az

Diqqət Çəkənlər

Prezident Tramp Rusiyada həbsdə olan Kseniya Karelina ilə görüşdü - VİDEO

Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib - FOTO

Qazaxda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ekskursiya keçirildi

Chosen
0
4
ulusum.az

10Sources