EN

Azərbaycanın ilk daxil olduğu qurumlardan biri ECO-dur və...

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır (ECO) və onun fəaliyyətinə böyük önəm verib.

Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.

O qeyd edib ki, təşkilatın bütün üzv ölkələrini həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir:

"Dövlətimiz ECO üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış edib. Bakı 2006 və 2012-ci illərdə ECO Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapıb.

2012-ci il oktyabrın 16-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə görüşü keçirilib. Zirvə toplantısının yekununda Bakı bəyannaməsi qəbul edilib".

Chosen
0
3
publika.az

2Sources