UEFA Çempionlar Liqasında növbəti finalçının adına aydınlıq gələcək.
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti cavab oyunu keçiriləcək.
Operativ Media xəbər verir ki, PSJ doğma meydanda "Arsenal"ı qonaq edəcək. Komandalar arasında Londonda keçirilən ilk matçda parislilər 1-0 hesabı ilə qələbə qazanıb
Qeyd edək ki, bu cütün qalibi finalda İtaliyanın "İnter" komandası ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00. PSJ (Fransa) – "Arsenal" (İngiltərə)
İlk oyun – 1:0