EN

Moskva Məhkəməsindən özbəkləri məyus edən QƏRAR


Moskva Şəhər Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin tələbi ilə “Moskva Şəhərində Özbək Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatını ləğv edib. TASS agentliyi bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, məhkəmə “Moskva şəhərində Özbək Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının ləğvi və hüquqi şəxslərin vahid dövlət reyestrindən çıxarılması barədə qərar qəbul edib.

Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinə əsasən, “Moskva şəhərində Özbək Milli Mədəni Muxtariyyəti” 2015-ci ildə dövlət qeydiyyatına alınıb.

Mətləb

Chosen
0
baki-xeber.com

1Sources